Oteldə meyit: 20 yaşlı qadının ölüm səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Oteldə meyit: 20 yaşlı qadının ölüm səbəbi bilindi

Hadisə

14 Mart 2023 16:20 1439


Martın 13-də Tovuz rayonunun Qazıqulu kəndi ərazisində yerləşən "Avdıoğulları" otelində meyiti tapılan 20 yaşlı qızın ölüm səbəbi məlum olub.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, otel hamamında meyiti tapılan Alubəyli kənd sakini, 2003-cü il təvəllüdlü X.T-nin meyitinə baxış keçirilərkən onun göz nahiyəsində qançır xəsarətinin olması müəyyən edilib.

Aparılan ilkin araşdırmalardan sonra gənc qızın hamamda olarkən sürüşərək yıxılması və başından aldığı ağır xəsarətdən vəfat etməsi məlum olub. pizza mizza

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!