Qubada itkin düşən azyaşlı tapılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, iyunun 25-də gecə saat 3 radələrində Quba rayon sakini Ceyhun Cəfərov rayon Polis Şöbəsinə övladının itməsi barədə məlumat verib. Marqarita pizza
Keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.
Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.
Telegram kanalımız