Ötən gün ekoaksiya ərazisindən 100-dən çox avtomobil sərbəst keçib

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün ekoaksiya ərazisindən 100-dən çox avtomobil sərbəst keçib

Rəsmi

08 Aprel 2023 00:51 794


Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində azərbaycanlı könüllülərin, ekofəalların və gənclərin dinc şəkildə təşkil etdikləri aksiya 117-ci günündə gecə saatlarında da ruh yüksəkliyi davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlı çağırışlar edirlər. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Gün ərzində aksiya ərazisindən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 100-dən çox avtomobil maneəsiz hərəkət edib. Dominos pizza

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!