Ötən il Ermənistanda 51 casus tutulub - MTX

saytların hazırlanması

Evə çatdırılma

Ötən il Ermənistanda 51 casus tutulub - MTX

Rəsmi

15 Mart 2023 16:59 1045


2022-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) silahlı qüvvələrin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci ildəki proqramının (2021-2026-cı illər) icrasının gedişatı və nəticələri haqqında” hesabatda deyilir.

Sənədə əsasən, bu cinayət işlərindən 17-si dövlətə xəyanət, 47-si korrupsiya, 9-u qanunsuz silah və sursat dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 58-i isə digər cinayətlər üzrə başlanıb. Dördpendirli pizza

Bundan əlavə, 2022-ci ildə MTX-nin İstintaq İdarəsi dövlətə xəyanət və casusluq faktları üzrə 26 cinayət işinə baxıb. 51 müttəhim üzrə 17 şəxsin cinayət işi məhkəməyə göndərilib. Eyni zamanda, 11 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!