Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 518 mindən çox artıb.
Yenisabah.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 518 201 nəfər yeni koronavirusa yoluxub, 8 923 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 890 540, ölənlərin isə 2 778 619 nəfərə çatıb. pizza
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Telegram kanalımız