Overçuk Azərbaycandan keçən dəhlizlərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Overçuk Azərbaycandan keçən dəhlizlərdən danışdı

İqtisadiyyat

29 Noyabr 2024 13:40 998


Şimal-Cənub qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir.

Yenisabah.az RIA Novisti-yə istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O deyib: "Rusiya hökumətinin mayda formalaşan yeni tərkibində ilk dəfə nəqliyyat və nəqliyyat-logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi yaradılıb. Şimal-Cənub Avrasiya qitəsinin şimalı, Şərq və Qlobal Cənub ölkələri arasında əlaqəni təmin edən ən vacib istiqamətlərimizdən biridir. Əsas diqqət cənuba yeni marşrutların və beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasına və inkişafına yönəldilib". Dominos pizza

A. Overçuk qeyd edib ki, Rusiya Xəzər dənizinin sahili boyunca Rusiya, Azərbaycan ərazisindən İrana qərb marşrutunu da fəal şəkildə inkişaf etdirir:

"Bu istiqamətdə çox fəal şəkildə iş aparılır. Bundan əlavə, burada artıq avtomobil marşrutu - Rusiya və İran sərhədlərini Azərbaycan vasitəsilə birləşdirən müasir yol fəaliyyət göstərir. Bu yol artıq işləyir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumət beynəlxalq sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirməyə davam edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!