“Oxucuların Azərbaycan dilində oxumağa vərdişləri yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

“Oxucuların Azərbaycan dilində oxumağa vərdişləri yoxdur“

Maraqlı

12 Oktyabr 2021 15:40 995


“Özünüinkişaf və dedektiv, daha sonra isə romanlar ölkəmizdə ən çox oxunan janrlardır”.

Bu sözləri “Yenisabah.az”a açıqlamasında naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirib.

“Son zamanlar yerli yazarların əsərlərinə də diqqət ayrılır. Xüsusilə tarix mövzusunda əsərlər daha çox oxunur. Əgər biz oxucu kütləsini yaş qruplarına bölsək görərik ki, ən çox 30 yaşına qədər oxucular çoxluq təşkil edir. 30 yaşdan sonra isə oxucu kütləsi təəssüf ki azalır. pizza mizza

Ötən günlərdə keçirilən Kitab sərgisində isə ən çox Yuval Noah Hararinin əsərləri satıldı. Yerli müəlliflərdən isə İlkin Rüstəmzadənin əsərləri ən çox satılanlar siyahısında idi.”

Ş.Xuduoğlu Azərbaycan dilində tərcümə keyfiyyətini də dəyərləndirib: ”Oxucuların Azərbaycan dilində oxumağa vərdişləri yoxdur, ona görə də bu mövzuda tez-tez narazılıq bildirirlər. Əlbəttə, səhvlər var, bu qaçınılmazdır. Xarici nəşriyyatlarla müqayisə etsək, bəzi proqramlarda azərbaycan dili mövcud deyil. Məsələn, səhvləri müəyyən edən bir çox proqram var, lakin proqramın dili ingilis dilində və s. dillərdə olduğu üçün həmin proqramlar bizim dildəki səhvləri müəyyən edə bilmir. Buna görə də, kitablarda qrammatik və korrektə səhvlər çox olur. Biz kitabları 3 dəfə gözdən keçiririk. Buna baxmayaraq, yenə səhvlər olur. Ancaq düşünürəm ki, tədricən bu iş mükəmmələ doğru gedir.”

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!