"Qarabağ”la yollarını ayıran Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, Slavçev "Levski”yə keçəcəyi iddiaları haqda da danışıb: "Qarabağ”la qarşılıqlı razılaşaraq yolları ayırmışıq. Azərbaycanda legionerlər üçün məhdudiyyətlər var. Hər oyunda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdı. Komanda artıq sadəcə, yerli çempionatda mübarizə aparır və oynamaq şansım azalmışdı. İndi gələcəyə baxıram və yaxın zamanda qərar verəcəm.
"Levski” haqda şərh vermək istəmirəm. Karyeramı harada davam etdirəcəyimi düşünürəm. Təklif var, ancaq hələ tam bir qərar verməmişəm. Bolqarıstanda da forma geyinə bilərəm. Müəyyən klublarla danışıqlar aparıram. Ancaq adlarını çəkməyim düzgün deyil”. pizza sifarişi
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ”ın şərəfini qoruyan və hazırda azad agent olan Slavçevin adı "Levski” ilə hallanır. /sport7.az
Telegram kanalımız