Xəbər verdiyimiz kimi, ekspertlərin rəyi, UEFA-nın hesabatları nəzərə alınaraq, "Turan Tovuz"un 7 futbolçusunun futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Buna səbəb isə onların oyun alqı-satqısında iştirak etməsi göstərilir. Qərara əsasən, Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay, Quluzadə Şahin haqqında qərar çıxarılmışdı.
Klubun müşahidə şurasının üzvü Oqtay Abdullayev "Yeni Sabah"a açıqlamasında bildirib ki, İlkin Sadıqov verilən qərardan narazıdır və apelyasiya məhkəməsinə müraciət edəcək:
"Danışılmış oyunlarla bağlı 7 nəfərin adı qeydə alınıb. Amma biz o 7 nəfərdən 2 nəfəri bir ay bundan qabaq heyətdən çıxartmışıq. 5 oyunçudan da biri apelyasiya şikayəti vermək istəyir. Həmin şəxs İlkin Sadıqovdur. İndi o, özü bilər. O biriləri də fikrimiz vardı ki, çıxaraq, çünki zəif oynayırdılar. Dördpendirli pizza
Haqlarında verilən qərar sübut olunsa, o zaman onları futboldan siləcəklər. Həmin futbolçuların yeri təbii ki, doldurulacaq. Azərbaycanda kifayət qədər gənc oyunçu var".
Naibə Məmmədova
Telegram kanalımız