“Oyundan qabaq araq içirdik” - Drente

saytların hazırlanması

Evə çatdırılma

“Oyundan qabaq araq içirdik” - Drente

İdman

28 Fevral 2025 17:14 250


"Alaniya" klubunda çıxış edən niderlandlı yarımmüdafiəçi Royston Drente oyunçuların matçlardan əvvəl araq içdiyini bildirib.

Yenisabah.az AS-a istinadla xəbər verir ki, o, Rusiya komandasındakı bu “ənənəni” belə izah edib: 

"Komanda yoldaşlarım arağı çox sevirdi, hətta məşqçimiz də. Matçlardan əvvəl bir qurtum içmək onlar üçün adi bir şey idi. Mən isə araq yox, viski içməyə üstünlük verirdim. Orada bu normal hal idi. Məsələn, Türkiyədə isə oyunçuların matçdan sonra duşda siqaret çəkməsi adət idi". Pepperoni pizza

Xatırladaq ki, Drente "Feyenoord"un yetirməsi olub və 2013-cü ilin fevralında "Alaniya"ya keçib. Lakin cəmi altı ay sonra klubdan ayrılıb. O, Rusiya Premyer Liqasında 6 matça çıxıb, 3 qol vurub və 2 sarı vərəqə alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!