Özbəkistan parlamenti ölkəyə gələn əcnəbilərlə bağlı yeni qanun qəbul edib.
Yenisabah.az xəbər verir ki, qanuna görə, özbək xalqının tarixini, milli kimliyini və ləyaqətini təhqir edən hər hansı xarici vətəndaş ölkəyə buraxılmayacaq.
Sənədin konkret kimləri və hansı hallarda əhatə edəcəyi məsələsi ciddi müzakirə olunur. Bəzi siyasətçilər bu qanunun “qeyri-müəyyən” olduğunu bildirir. Pepperoni pizza
Xatırladaq ki, Özbəkistan dünyada turistlərin ən çox ziyarət etdiyi yerlər arasındadır. Ölkənin Səmərqənd, Buxara, Xivə kimi şəhərləri qədim dünya irsi hesab olunur.
Telegram kanalımız