Özbəkistan hökuməti istefa verib.
"Yeni Sabah" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin üzvlərinin Özbəkistan Respublikası Konstitusiyasının 98-ci maddəsinə uyğun olaraq istefa qərarı verib. pizza hut
Bununla yanaşı, hökumət Özbəkistan prezidentinin qərarına görə yeni bir kabinet formalaşana qədər işini davam etdirəcək.
Yeni baş nazirin namizədliyinə sabah keçiriləcək parlamentin hər iki palatasının birgə iclasında baxılacaq.
Telegram kanalımız