“Özlərində alınmır, bizimkini gözdən salmağa çalışırlar”

saytların hazırlanması

Evə çatdırılma

“Özlərində alınmır, bizimkini gözdən salmağa çalışırlar”

İdman

24 May 2019 13:54 1082


“Haylarla havadarlarının Avropa Liqasının Bakıda keçiriləcək oyunuyla bağlı qaldırdıqları səs-küyün səbəblərindən biri də ola bilsin ki, Ermənistanın Milii Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın dünən baş nazir Paşinyanın keçirdiyi toplantıda dediyi məsələdir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu deputat Sahib Alıyev deyib. O bildirib ki, Vanetsyan o toplantıda İrəvanın iki stadionundan heç birinin beynəlxalq yarışlar keçirməyə yaramadığını və o üzdən də UEFA-nın orada bu qəbildən olan yarışların keçirilməsinə qadağa qoya biləcəyini açıqlayıb:

“O da bəlli olub ki, orada yeni stadion tikintisi üçün 100 milyon dollar gərəkir, onu isə tapmağın ancaq bir yolu var-kimdənsə dilənmək. Görünür haylar Bakıda keçirilən beynəlxalq tədbirləri həm də o səbəbdən gözdən salmağa, ətrafında qalmaqal yaratmağa çalışırlar ki, özlərində bu alınmır. Dominos pizza

Yeri gəlmişkən, Vanetsyanın təkcə Ermənistanın Milii Təhlükəsizlik Xidmətinin deyil, eyni zamanda Futbol Federasiyasının da rəhbəri olduğunu nəzərə alsaq, Henrix Mxitaryanın agentliyi və Avropa liqasının final oyunu öncəsi onun tövsiyyələrinə uyğun davrandığı da istisna edilmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!