Saakaşvili Zelenskini Çörçilə bənzətdi

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili Zelenskini Çörçilə bənzətdi

Siyasət

30 Dekabr 2022 23:27 817


Gürcüstanın həbsdə olan sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada baş verənlərə münasibət bildirib. 

Yenisabah.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, həbsxanadan Ukrayna mətbuatına müsahibə verən Saakaşvili prezident Volodimir Zelenskini Vinston Çörçillə müqayisə edib.

"Mən özümü 100 faiz ukraynalı hiss edirəm və bununla qürur duyuram. Əgər indi Ukraynada olsaydım, ön cəbhədə olardım və özümü çox xoşbəxt sayardım. Mən prezident Zelenski ilə bir sırada durardım. Onu Çörçildən sonra ən görkəmli siyasətçi hesab edirəm", - eks-prezident bildirib. pizza mizza

Saakaşvili həbsinə ona görə təəssüfləndiyini ifadə edib ki, o, Ukraynaya gedə və proseslərin iştirakçısı ola bilmir.

Qeyd edək ki, Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvili ötən ilin oktyabrından həbsdədir. O, qanunsuz saxlanılmasına etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranıb./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!