Azərbaycan Premyer Liqasının 8-ci turunun "Keşlə" ilə oyunundan (1:1) sonra hakimə hücum edən "Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə məsələyə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, oyunçu bu barədə “İnstagram” hesabında yazıb. Millimizin üzvü yaşanan hadisədən məyusluğunu ifadə edib:
"Keşlə" ilə oyundan sonra görüşün baş hakimi Kamal Umudlu ilə aramızda yaşanan xoşagəlməz olay məni çox məyus etdi. Əslində ona normal tərzdə fikirlərimi çatdırmaq istədim. Ola bilər, bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Marqarita pizza
Yaxşı anlayıram ki, milli komanda və "Sabah" klubunun futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqələr almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hisslərimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Karyeramın yaxşı dönəmini yaşayıram. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Kaş, belə məqamda bu cür hadisə olmayaydı. Xeyirlisi".
Xatırladaq ki, Təmkin final fitindən sonra görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman onu polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.
Telegram kanalımız