Müğənni Mina Hüseyn onu tənqid edənlərə sərt cavab verib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı sosial şəbəkədə onun fotolarını tənqid edənlərin şərhinə reaksiya verib.
İzləyicilərinin birindən gələn “Demişəm, yenə deyəcəyəm. Vaxt var idi bu Mina belə geyinənləri, bu cür gündəmə gələnləri, özü kimi səsi olmayan müğənniləri top atəşinə tuturdu. İndi özünü onlardan beş-betər pis günə, əxlaqsız vəziyyətə salıb. Ayıb olsun!” şərhinə Mina cavab yazaraq onunla söz savaşına çıxıb: Dördpendirli pizza
“Mənim əvvəlki mahnılarım obraz idi və mən onda da açıq geyinirdim, yaxşı-yaxşı baxın! “Ayıb olsun” nə deməkdir? Siz hansı “kafa”nı yaşayırsınız? Çox maraqlıdır bu şərh yazanlar nə içir, nə yeyir?”
Qeyd edək ki, 26 yaşlı Minanın klip çəkilişindən olan fotosessiyası müzakirələrə səbəb olub.
Əsmətxanım
Telegram kanalımız