Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı artıb

saytların hazırlanması

Evə çatdırılma

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı artıb

Sosial

17 May 2019 08:59 966


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub. 

“Yeni Sabah” xəbər verir ki, onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramda iştirak edib. Həmin şəxslərin əksəriyyəti əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan və ya şəhid ailələrinin, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan, yaxud çoxuşaqlı ailələrin üzvləri, müharibə veteranları və b. olub.  Proqram çərçivəsində mal və material formasında verilmiş aktivlər hesabına onlar kiçik ailə təsərrüfatlarını qurublar. Bu proqrama dəstək kimi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də “Sosial bağlar” layhəsi əsasında 41 rayonda 125 aztəminatlı ailə üçün bağ, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

“Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş özünüməşğulluq proqramı ilə əhatə olunacaq.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!