Palata sədri prezidentin çıxış mətnini cırıb atdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Palata sədri prezidentin çıxış mətnini cırıb atdı - Video

Dünya

05 Fevral 2020 08:28 1179


ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi ölkə Prezident Donald Trampın konqresmenlər qarşısındakı nitqindən sonra onun çıxış mətninin nüsxəsi olan vərəqləri cırıb.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı anda N.Pelosi çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atıb.

Qeyd edək ki, fevralın 4-də D.Tramp konqresmenlər qarşısındakı illik çıxışını edərək ölkənin vəziyyətindən danışıb. Tramp kürsüyə gələrkən ona əl uzadan Pelosinin əlini sıxmayıb. Trampla palata sədri arasındakı gərginlik uzun müddətdir davam edir. ABŞ prezidenti indiyə kimi Pelosini bir neçə dəfə "dəli" də adlandırıb.  Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!