Pambığın Çin texnologiyası ilə becərilməsi tətbiq olundu

saytların hazırlanması

Evə çatdırılma

Pambığın Çin texnologiyası ilə becərilməsi tətbiq olundu

Sosial

02 May 2019 09:09 1134


Ucar rayonunda pambıq bitkisinin Çin texnologiyası əsasında becərilməsi ilə bağlı pilot layihənin təqdimat mərasimi keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, Nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, pambıqçılıq üzrə ixtisaslaşmış Kürdəmir, Ucar, Ağsu, Ağcabədi, Zərdab, Yevlax və digər rayonlardan olan 200-dək fermer iştirak edib.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Çindən dəvət olunmuş mütəxəssislərinin iştirakı ilə Ucarda 10 hektar sahədə model təsərrüfat yaradılıb:  Sezar pizza

“Prezident  İlham Əliyev torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı maksimum yüksək səviyyəyə qaldırmaqla bağlı çox mühüm tapşırıq verib. Bu innovativ texnologiya da fermerin daha az əziyyət çəkməsinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləməsinə səbəb olur. Çin texnologiyasından istifadə nəticəsində istehsalat xərcləri azalır, məhsuldarlıq artır. Siz fermerlər bu gün qazandığınız təcrübənin çarçısı olmalısınız. Biz Beyləqanda və Tərtərdə türk və yunan mütəxəssilərinin iştirakı ilə model təsərrüfatlar yaradırıq. Azərbaycanda pambıqçılığın ənənələri zəngindir, tarixi dərindir. Artıq dünyada kənd təsərrüfatının inkişafı təcrübə müdbadiləsi üzərində qurulub. Biz dünya təcrübəsini öyrənməli, öz yaxşı təcrübəmizlə birləşdirməli və öz təcrübəmizi digər dövlətlərlə bölüşməliyik”. 

Daha sonra tədbir iştirakçıları Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında pambıq səpini ilə əyani tanış olublar. 

Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.

Yeni sistemin texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür.  Eyni zamanda yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə bağlıdırfərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi. 

Məhsuldarlığa gəlincə, yeni innovativ texnologiyadan istifadə zamanı məhsuldarlıq ən azı 50-60 sentner təşkil edir. 

Təqdimat mərasimindən sonra kənd təsərrüfatı naziri İnam Kərimov səyyar qəbul keçirib. Səyyar qəbulda nazir fermerlərin qayğıları ilə maraqlanıb, müvafiq göstəriş və tapşırıqlar verib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!