“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən dəstəklə əhatə olunub. Belə ki, COVİD-19-un məşğulluğa mənfi təsirinin qarşının alınması üçün ilk növbədə muzdlu işçilərin iş yerlərinin qorunmasına ciddi nəzarət olundu, onlara dövlət dəstəyi verildi, maaşlarının davamlı ödənilməsi təmin olundu".
Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi məlumat yayıb. Məlumatda daha sonra qeyd olunur:
"Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilməkdədir. İxtisarlara yol verilməyib, bütün iş yerləri qorunub. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Əlavə 110 min əmək müqaviləsi bağlanıb ki, bu da elə həmin sayda insanın və ailəsinin rifahına xidmət edir. Həmçinin ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub”. pizza mizza
Məlumata əsasən, 2 milyon 300 min insanın pensiya, müavinət, təqaüd, sosial yardım üzrə ödənişləri hər ay vaxtından daha tez ödənilib, pandemiya dövründə bu ödənişlərin davamlılığı təmin olunub. 750 minədək insanı əhatə edən sosial müavinət və təqaüdlər son bir ildə orta hesabla 100% artırılıb:
"Bu ilin 6 ayında bu istiqamət üzrə ötən ilin eyni dövrünə nisbətən 151 mln. manat və ya 46,6% çox olmaqla 475 mln. manat vəsait sərf olunub. Son bir ildə minimum pensiya 72,4% artırılaraq 116 manatdan 200 manata çatdırılıb, xüsusi şərtlərlə təyin olunmuş pensiyalar 31% artırılıb, bu iki istiqamət üzrə artım 750 mindən çox pensiyaçını əhatə edib. Əgər pensiyalar vətəndaşların ödədiyi sığorta haqlarının geri qaytarılması prinsipi üzrə hesablansaydı, o zaman 700 mindən çox pensiyaçıların pensiyası 100-110 manat olacaqdı - lakin dövlətin dəstəyi ilə bu məbləğ buğun minimum 233 manat təşkil edir (indeksasiya nəzərə alınmaqla). Bununla yanaşı, bu ilin əvvəlindən indeksasiya nəticəsində 1 milyon 200 min nəfərin pensiyası 16,6%, yəni əvvəlki illərlə müqayisədə dəfələrlə yüksək faiz göstəricisi əsasında artırılıb. Təkcə bu ilin 6 ayında 1,3 mln. nəfərə yaxın şəxsin pensiyaları üçün keçən ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24% çox, yəni 2 mlrd. 250 mln. manat xərclənib. 350 mindən çox üzvü olan 85 min ailənin ünvanlı sosial yardımla təminatı (hər ailəyə orta hesabla aylıq 225 manatdan çox) həyata keçirilib. Bu istiqamət üzrə də 2019-cu ilin eyni dövrünə nisbətən 40,4 mln. manat və ya 62% çox olmaqla, 105 mln. manat ödənilib. Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə verilib, sonra 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxs təkrar bu ödəməni alıb. 100 minədək ailəyə ərzaq yardımı ilə təmin edilib ki, onlarda 400 minədək ailə üzvü var. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin təsərrüfatının qurulması işləri aparılır ki, həmin ailələrdə 50 min ailə üzvü var. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işləri aparılır.
Telegram kanalımız