“Pandemiyada bütün maşınlarımı satmalı oldum” - Emin Ağalarov

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyada bütün maşınlarımı satmalı oldum” - Emin Ağalarov

Şou

29 Aprel 2025 12:39 362


Xalq artisti Emin Ağalarov pandemiya vaxtı maşınlarını satmalı olduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial media hesabında video yayımlayıb. İfaçı bildirib ki, onlar arasında "Hummer" markalı avtomobili də olub:

"Uşaqlıqdan arzum idi ki, "Hummer"im olsun. 40 yaşlarımda olanda nəhayət istədiyimi tapıb ala bildim. Çox gözəl idi, almasam olmazdı. Amma bir o qədər də rahat deyildi. Çox da sürmədim. Əla görünürdü, uşaqlar da sevirdi. Sonra pandemiya başladı. Bütün maşınlarımı satmalı oldum. Onu da həmçinin. Daha sonra onu satın almaq istəsəm də, tapa bilmədim".  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!