Pandemiyaya səbəb olacaq yeni virus müəyyən edildi - Alimlər narahatdır

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyaya səbəb olacaq yeni virus müəyyən edildi - Alimlər narahatdır

Sağlamlıq

30 İyun 2020 12:23 773


Çində virusoloqlar yeni pandemiyaya səbəb ola biləcək “donuz qripi” virusu müəyyən ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Elmlər Akademiyasının “Proceedings of thə National Science” jurnalı yazıb. 

Tədqiqat zamanı bəlli olub ki, donuzlarda pandemik qrip virusu yaranıb. Viroloqlar qeyd edirlər ki, bu heyvanların orqanizmindəki proseslərin daim izlənməsi virusların yeni ştammlarının aşkarlanması və pandemiyaya hazırlıq üçün vacibdir. Pepperoni pizza

2011-ci ildən 2018-ci ilə qədər heyvanlarda  “donuz qripi”nə səbəb olan virusun 179 yeni ştammı müəyyən edilib.

Tədqiqatçıları əsasən 2009-cu ildə pandemiyaya səbəb olan (H1N1) pdm09 virusunun genlərini daşıyan ştammlar narahat edir. 

"Bu cür yoluxma bu virusun insan orqanizminə də uyğunlaşma ehtimalını əhəmiyyətli dərəcədə artırır və pandemik virusların yaranması narahatlığını doğurur", - deyə virusoloqlar bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!