Ermənistan 2026-2028-ci illər proqramı çərçivəsində müdafiə sənayesinin inkişafına 150 milyard dram ayıracaq.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan 13 yanvarda keçirilən mətbuat konfransında bildirib.
Hərbi texnika tədarükü bazarının şaxələndirilməsinin vacibliyini qeyd edən nazir, həmçinin yerli istehsalın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, 2022-ci ildə yerli şirkətlərlə 5,5 milyard dram dəyərində müqavilələr imzalansa da, hazırkı rəqəm 170 milyard dramdır və məhsulların əksəriyyəti artıq çatdırılıb. pizza mizza
2026-2028-ci illər proqramı çərçivəsində yerli sənayenin inkişafına 150 milyard dram ayrılması planlaşdırılır.
Telegram kanalımız