Ermənistanın Qeqarkunik (Göyçə) mərzindəki hərbi hissədə çoxsaylı əsgər ölümü ilə nəticələnmiş yanğından sonra müdafiə naziri Suren Papikyan hədəf halına gəlib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, 2-ci Ordu Korpusun komandiri Vaqram Qriqoryan xidmətdən uzaqlaşdırılsa da, hökumət əleyhdarları nazirin istefaya getməli olduğunu bildirib.
Sosial şəbəkələrin erməni seqmentində qeyd olunur ki, Müdafiə Nazirliyi əsgərlər üçün normal kazarma şəraiti yaratsaydı və onlar kənd binasında deyil, normal kazarma şəraitində xidmət göstərsəydilər, faciə baş verməzdi. Bununla yanaşı, Papikyanın fotosu “İstefasını tələb edirəm!” həştaqı ilə paylaşılır. Hətta nazirin istefası tələbi ilə Müdafiə Nazirliyinin qarşısında aksiya keçirmək təklif olunur. Sezar pizza
Xatırladaq ki, Azərbaycanla sərhədəki hərbi hissədə baş verən yanğında 15 nəfər həqiqi hərbi xidmət çağırışçısı ölüb, 6 əsgər və 1 zabit isə xəsarət alıb.
Telegram kanalımız