Paris merinin köməkçisi azərbaycanlıları təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Paris merinin köməkçisi azərbaycanlıları təhqir etdi

Maraqlı

17 Sentyabr 2023 10:00 461


Fransanın paytaxtı Paris şəhərinin 15-ci rayonunda keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycan stendinin qarşısında merin erməni əsilli köməkçisi təxribat törədib. 

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, Paris merinin assosiasiyalar üzrə köməkçisi, erməni əsilli Anouch Toranian bir nəfər fransalı həmkarının müşayiəti ilə Azərbaycanın stendinin qarşısında dava salıb və stendimizi dağıtmağa çalışıb. 

Anouch Toranian Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib. Lakin təxribatın qarşısı alınıb. Pepperoni pizza

Qeyd edək ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası ölkəmizi Parisin 15-ci rayonunda keçirilən ənənəvi mədəniyyət tədbiri olan “Assosiasiyalar Forumu”nda təmsil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!