Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başladı

saytların hazırlanması

Evə çatdırılma

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başladı

Dünya

22 Sentyabr 2024 17:33 424


Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbi 2024-2025-ci illər üzrə yeni tədris ilinə başlayıb.

"Report"un yerli bürosu bildirir ki, Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva məktəbi ziyarət edib, şagirdləri yeni tədris ilinə başlamaları münasibətilə təbrik edib.

Şagirdlər ilk dərs günü Azərbaycan dövlət himnini oxuyub, dahi Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısında şəkil çəkdiriblər. Marqarita pizza

Bu il Xurşidbanu Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunacaq. Məktəbə 15-ə yaxın şagird yazılıb. Onlar arasında soydaşlarımızla yanaşı, ukraynalı, fransız və digər xalqlardan olan ailələrin uşaqları da var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!