Şəhərdə skuter sürmək qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Şəhərdə skuter sürmək qadağan edildi

Maraqlı

02 Sentyabr 2023 13:04 595


Parisdə keçirilən referendum nəticəsində skuterlərin şəhərdə sürülməsi tamamilə qadağan edilib. 

Yenisabah.az xəbər verir ki, bununla da Paris skuterlərin qadağan olunduğu ilk Avropa paytaxtı oldu.

Qərar aprelin 2-si verilsə də, sentyabr ayından qüvvəyə minib.  Dördpendirli pizza

Paris Bələdiyyəsinin skuter firmalarına sentyabr ayının əvvəlinə qədər vaxt verməsindən sonra şəhərdəki 15 min skuterin sonuncusu da küçələrdən yığışdırılıb.

Qeyd edək ki, Parisdə ilk dəfə skuterlərdən 2018-ci ildən istifadə edilməyə başlanmışdı.

Qərar qəbul edilərkən Paris əhalisinin 89.03%-i skuterlərin qadağan olunmasını istəyib. 

Onu da qeyd edək ki, həmin referendumda təxminən 103 min 84 nəfər səs verib. 

Gülxanım ƏLİYEVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!