Parlament seçkilərinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Parlament seçkilərinin vaxtı açıqlandı

Siyasət

28 Noyabr 2019 10:48 13489


Növbədənkənar parlament seçkilərinin vaxtı bəlli olub. 

Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasından (YAP) daxil olan məlumata görə, növbədənkənar parlament seçkilərinin fevral ayında keçirilməsi nəzərdə tutulur. 

Bu il dekabrın 23-də bələdiyyə seçkilərindən dərhal sonra parlament seçkiləri elan olunacaq.  Pepperoni pizza

Xatırladaq ki, YAP-ın bu gün keçirilən toplantısında hakim partiya üzvləri növbədənkənar parlament seçkiləri keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs bütövlükdə YAP tərəfindən dəstəklənib. Ölkə başçısı İlham Əliyev həm də YAP-ın sədri olduğuna görə yaxın günlərdə Milli Məclisin buraxılacağı gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!