Metaləritmə zavodunda xəsarət alanlarla bağlı məlumat verilib.
“Yeni Sabah” xəbər verir ki, zərərçəkənlərdən biri sıçrama yerinə yaxın olduğu üçün xəsarəti ağır olub və daha sonra martın 26-sında xəstəxanada dünyasını dəyişib. Digər üç nəfərin vəziyyəti normaldır və onlardan biri artıq işə çıxır.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra hadisənin səbəbləri barədə dəqiq məlumat veriləcək. pizza hut
Qeyd edək ki, işçilər bayram vaxtı əmək məcəlləsinə uyğun olaraq qanun çərçivəsində növbəli iş rejimində çalışıblar. Əməkdaşların hər biri icbari sığorta olunublar. Bununla yanaşı, şirkətimiz xəsarət alanların və dünyasını dəyişən əməkdaşımızın bütün xərclərini qarşılayıb, bundan sonra da lazımı dəstək göstəriləcək.
Qeyd edək ki, martın 22-də səhər saatlarında Sumqayıt Texnologiyalar Parkının Metaləritmə zavodunda bədbəxt hadisə baş verib. Poladəritmə zamanı qaynar metal ərintisi təzyiqlə sıçrayaraq qazanın ətrafında olan 4 işçiyə xəsarət yetirib.
Telegram kanalımız