"Yoldan keçirdim. Binada partlayış baş verdi, üç-dörd metr aralıya düşdüm. Şüşələr üstümə töküldü, bir neçə dəqiqə sonra ayılanda məni qan aparırdı".
"Yeni Sabah" Baku TV-yə istinadla xəbər verir ki, bunu paytaxtın Çəmənzəminli küçəsində beşmərtəbəli binada baş verən partlayışda xəsarət alan şəxs deyib. Yaralının sözlərinə görə, təcili tibbi yardım briqadası onu dərhal xəstəxanaya çatdırıb:
"Kliniki Tibbi Mərkəzdə qolumu gipsə saldılar, başıma bir neçə tikiş qoyuldu. Yanımda, təxminən, 19 yaşında olan qız var idi. O, heç nə danışmırdı, uzanmışdı. Digər yaralının - oğlanın vəziyyəti pis idi, ancaq qışqırırdı". Dominos pizza
Daha ətraflı videomaterialda:
Telegram kanalımız