“PAŞA Sığorta” yenə də Mərkəzi Bankın tələblərini pozub 

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Sığorta” yenə də Mərkəzi Bankın tələblərini pozub 

İqtisadiyyat

29 Yanvar 2025 10:34 292


“PAŞA Sığorta” Mərkəzi Bankın tələblərini pozub. 

“Yeni Sabah” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 

Məlumata görə, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Paşa Sığorta” “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan (Qanun) irəli gələrək sığorta qaydalarında müəyyən edilən şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub.  Dördpendirli pizza

Mərkəzi Bank sözügedən tələblərin təmin edilməsi məqsədilə Qanunun 102.2.9-cu maddəsinə əsasən “PAŞA Sığorta”ya icrası məcburi olan göstəriş verib. 

Qeyd edək ki, bu, son bir ildə Mərkəzi Bankın “PAŞA Sığorta” ilə bağlı tətbiq etdiyi 3-cü məcburi göstərişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!