“PAŞA Sığorta” yenə liderdir: Ən çox şikayət üzrə...

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Sığorta” yenə liderdir: Ən çox şikayət üzrə...

İqtisadiyyat

05 Mart 2025 09:17 555


Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilin yanvar ayında avtomobillərin icbari sığortası üzrə ən çox şikayət olunan sığorta şirkətlərini açıqlayıb.

 “Yeni Sabah” AMB-yə istinadən xəbər verir ki, son bir ildə Azərbaycanda ən çox şikayət edilən şirkət 1.28 indeksi ilə"PAŞA Sığorta" olub.  Sığorta şirkəti bu nəticə ilə qırmızı zolaqda yer alıb. 

Ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Xalq Sığorta" 1.16 indeksi ilə ikinci, “Atəşgah Sığorta” 1.12 indeksi ilə üçüncü olub. Avtomobillərin icbari sığortası üzrə digər 4 sığorta şirkəti  yaşıl zolaqda yer alıb, yəni şikayətlərin sayı yüksək olmayıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!