“PAŞA Sığorta” qırmızı zolaqda– Şikayət bir ildə 4 dəfəyə yaxın artıb

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Sığorta” qırmızı zolaqda– Şikayət bir ildə 4 dəfəyə yaxın artıb

İqtisadiyyat

17 Oktyabr 2024 11:34 1709


Son bir ildə “PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər kəskin artıb. 

“Yeni Sabah” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında “PAŞA Sığorta”nın şikayət indeksi 0,35-ə bərabər olub. Bu ilin yanvarında 0,59-a qədər yüksəlib. 2024-cü ilin aprel ayı üzrə sığorta şirkəti ilk dəfə şikayətlərin həcminə görə 1.01 indeksi ilə sarı zolağa düşüb. Son üç ayda da “PAŞA Sığorta”nın şikayət indeksi yüksəlməkdə davam edib. 

Bu ilin avqust ayında “PAŞA Sığorta” 1.24 indeksi ilə icbari avtosığortada ən çox şikayət edilən sığorta şirkətlərinin üçlüyünə, yəni qırmızı zolağa düşüb. Sentyabr ayında isə şikayət indeksi 1.28-ə yüksəlib. Ümumilikdə  son bir ildə “PAŞA Sığorta”nın şikayət indeksi  4 dəfəyə yaxın artıb.    Sezar pizza

Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Musayeva Afət
    Mənim77BY 960 kobat maşıma dəyən zərər ödənilmir 1ay yarımdı mənə köməy edin
    2 years ago
  • Musayeva Afət
    Paşa sgorta mənom 77YB 960şevralet kpbat maşma dəyən zərəri ödəmit 1ayd artıq
    2 years ago