“PashaPay” pozuntulara yol verib- Mərkəzi Bank icrası məcburi göstəriş verib 

saytların hazırlanması

Evə çatdırılma

“PashaPay” pozuntulara yol verib- Mərkəzi Bank icrası məcburi göstəriş verib 

İqtisadiyyat

27 Dekabr 2024 16:53 1606


“PashaPay” MMC ciddi pozuntulara yol verib. 

“Yeni Sabah” xəbər verir ki, Mərkəzi Bank tərəfindən “PashaPay”in fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələbləri pozduğu aşkarlanıb. 

Məlumata görə, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 7.6-cı bəndi üzrə fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı tələblərin pozuntusu hallarının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "PashaPay" MMC-yə icrası məcburi olan göstəriş verilib.  Dördpendirli pizza

Qeyd edək ki, “PashaPay” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2022-ci ilə kimi “Komtec Ltd” MMC olaraq fəaliyyət göstərib. 2022-ci ildə satıldıqdan sonra isə rebrendinq edib. Onun nizamnamə kapitalı qanuni 40 mln. manat, qanuni təmsilçisi isə Samir Sabir oğlu Məmmədovdur. “PashaPay” MMC-yə hazırda m10 elektron pulqabısı və Milliön terminalları daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!