Ermənistanın müdafiə naziri Suren Papikyan yaxın vaxtlarda vəzifəsindən azad oluna bilər.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Suren Papikyanın müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsi artıq həll olunub və hazırda icra mexanizmi müzakirə olunur.
Erməni nəşri yazır ki, vahid namizədin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, müdafiə komitəsinin sədri Andranik Koçaryan olduğu bildirilsə də, görünən odur ki, bu məlumatları onun özü tirajlayır. Marqarita pizza
“Mənbələrimiz bildirirlər ki, Baş nazir Paşinyan müharibədən sonra Azərbaycan rəsmiləri ilə müxtəlif formatlarda həm əsir mübadiləsi, həm də delimitasiya və demarkasiya məsələlərində danışıqlar aparan, azərbaycanlılarla anlaşma əldə edən Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı bu vəzifəyə təyin etməyə meyllidir. Hakimiyyətin siyasi kuluarlarında hesab edirlər ki, bu, Baş nazir üçün ən vacib addım sayıla bilər”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Papikyanın müdafiə naziri vəzifəsindən azad ediləndən sonra hansı struktura rəhbər təyin olunacağı isə hələ ki sual altındadır.
Telegram kanalımız