Paşinyan Bakıdakı paraddan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Bakıdakı paraddan danışdı

Siyasət

12 Noyabr 2025 19:04 21736


Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı hərbi paradın keçirilməsi məsələsinə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Bildirilib ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib. pizza mizza

Onun sözlərinə görə, erməni ictimaiyyətində bir qrup parada ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir:

“Bəli, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir”.

Baş nazir əlavə edib ki, əgər paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O, həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olduğunu, bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini vurğulayıb./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!