“Paşinyan Ermənistan ordusunun başını kəsməklə məşğuldur” - Ohanyan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Ermənistan ordusunun başını kəsməklə məşğuldur” - Ohanyan

Rəsmi

22 Fevral 2023 12:50 1043


“Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturova qarşı irəli sürülən ittiham və cinayət işi tamamilə uydurmadır. Xaçaturovun ittihamı və həbsi də əsassızdır”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. 

“Biz qeyd etməliyik ki, Qriqori Xaçaturov və onun atası Yuri Xaçaturov uzun yol keçmiş, eləcə də illərcə silahlı qüvvələrimizin başında duran əsgərlərdir. Ona görə də bu ittihamlar yenidən nəzərdən keçirilməlidir”.  Dominos pizza

Ohanyanın sözlərinə görə, Qriqori Xaçaturov o zabitlərdəndir ki, həmişə Paşinyan hakimiyyətinin hərəkətləri ilə bağlı sərt fikirlər söyləməkdən çəkinməyib. O deyib ki, hazırkı hakimiyyətin hədəfində cəsur və barışmaz insanlardır. 

Sabiq müdafiə naziri qeyd edib ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra məğlubiyyətin lideri - Baş nazir Paşinyan öz komandası ilə ordunun başını kəsmək prosesinə başlayıb:

“Onlar məğlubiyyətin bütün günahını ordunun çiyninə atmağa çalışıb, indi də onlar yəqin ki, yeni təhlükəli proseslər qarşısında döyüşən xalqı qırmağa çalışır. 

Ordu ilə bağlı problemlər yarıaçıq pəncərəyə çevrilməməli, arqumentlər irəli sürülməlidir. Aydındır ki, 44 günlük müharibədən sonra yeganə hədəf Ermənistan ordusu idi. Bundan sonra da təqiblər davam edəcək. Hakimiyyət bütün günahı ordunun üzərinə atmağa çalışacaq”.

Ohanyan vurğulayıb ki, 44 günlük müharibədən sonra qanunsuzluqlar, çaşqınlıq, panika faktı nəzərə alınmaqla dövlətin həm icra, həm qanunvericilik, hətta daha çox məhkəmə orqanlarının fəaliyyəti hərtərəfli təhlil edilməlidir. 

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Davit Tonoyan, eləcə də qondarma rejimin “müdafiə ordusu”nun sabiq “komandan”ı Mikael Arzumanyan həbsdədir. Bundan başqa separatçı qurumun “prokurorluğ”u bir neçə gün əvvəl tanınmamış “DQR”in keçmiş “təhlükəsizlik katibi” Vitali Balsanyana qarşı da cinayət işinin başlandığını elan edib. Hazırda Cəlal Arutyunyan, Movses Akopyan, Mikayel Arutyunyan və bir çox başqa hərbçilərlə bağlı Ermənistan Baş prokurorluğu tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!