“Paşinyan Ermənistanın bir hissəsini Azərbaycana verməyi düşünür”   - Erməni müxalifəti

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Ermənistanın bir hissəsini Azərbaycana verməyi düşünür” - Erməni müxalifəti

Rəsmi

08 Yanvar 2021 16:42 1077


Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb.

Yenisabah.az xəbər verir ki, Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan müqaviləyə imza atacağını bildirirlər.

“Aydındır ki, yanvarın 11-də Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal edirəm ki, Paşinyan Ermənistanın bir hissəsini Azərbaycana verməyi düşünür”- deyə “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib. pizza mizza

Etirazçılarla görüşə çıxan ədliyyə naziri Rüstəm Badasyan isə yayılan məlumatları inkar edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!