Yanvarın 23-də Ermənistanın ombudsmanı, hüquq müdafiəçisi Kristine Qriqoryanın vəzifəsindən istefa verməsinə baxmayaraq, hələ də bu ölkədə ombusman yoxdur.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, hakimiyyət Ombudsman Aparatına yeni namizədin kim olacağı ilə bağlı tərəddüd edir. Hətta hakim “Vətəndaş müqaviləsi” partiyasının funksionerləri belə, vahid bir namizəd irəli sürə bilmir. pizza hut
Qəzet əlavə edib ki, namizədinin irəli sürülməsi üçün Ermənistan Konstitusiyası ilə müəyyən edilmiş ilk müddət buraxılıb.
Bundan savayı, “Hraparak” məlumat verib ki, Ermənistan Milli Məclisinin 2 müxalifət fraksiyası - “Hayastan” və “Patev unem” də vahid bir namizədin seçilməsi barəsində hələlik heç bir təklif irəli sürməyiblər.
Qəzet öz versiyasını da bildirib. Məlumata görə, bu postda yaxın perspektivdə 3 şəxsdən biri ola bilər. Belə ki, onlar hüquq müdafiəçiləri Siranuş Saakyan, Ruben Melikyan və Larisa Alaverdiyandır. Erməni nəşri daha sonra onu da əlavə edib ki, adı sadalanan 3 namizəddən 2-si bu postda olmayacğını bəyan edib.
Telegram kanalımız