Paşinyan MDB ölkələrinin baş nazirlərinin Aşqabaddakı görüşünə qatılmadı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan MDB ölkələrinin baş nazirlərinin Aşqabaddakı görüşünə qatılmadı

Siyasət

24 May 2024 20:12 577


Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələrinin hökumət başçıları Şurasının iclası üçün Aşqabada gəlməyib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, iclasda Ermənistanı ölkənin Müstəqil Dövlətlər Birliyinin qanuni və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi, Ermənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Razmik Xumaryan təmsil edib.

İrəvan son vaxtlar bəzi inteqrasiya formatlarında görüşlərə qatılmır. Belə ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəzi sammitlərində də iştirak etməyib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!