Ermənistanın Baş naziri Nikol Paşinyan fövqəladə hallar naziri Armen Pambuxçyana hökumətdə müvəqqəti vəzifə verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joğovurd” yazıb.
Qəzet qeyd edir ki, yeni yaradılan Daxili İşlər Nazirliyinin formalaşdırılması başa çatana qədər Fövqəladə Hallar Nazirliyi daha 2 ay fəaliyyət göstərəcək. Paşinyanın dediyi kimi, keçidin təmin olunması üçün proses gedir. Pepperoni pizza
“Pambuxçyan hələ də bilmir ki, Paşinyan vəzifədən çıxarılandan sonra ona hansı vəzifəni təklif edəcək. Bizə çatan xəbərlərə görə, artıq hakim “Vətəndaş müqaviləsi” daxilində Baş nazirin Pambuxçyanı hökumətə yeni vəzifəyə təyin olunana qədər müşaviri kimi aparacağı ilə bağlı xəbərlər yayılıb. Bundan savayı, bu müddət ərzində ona daha münasib vəzifənin veriləcəyi qeyd olunur”, – erməni nəşri qeyd edib.
Telegram kanalımız