Baş nazir partiyadaşları ilə sülh sazişinin mətnini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir partiyadaşları ilə sülh sazişinin mətnini müzakirə etdi

Rəsmi

16 Fevral 2023 11:20 761


Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycanla sülh sazişinin mətnini müzakirə edib.

Yenisabah.az "Joqovurd"a istinadla xəbər verir ki, iclasda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunub. Lakin görüşdə sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın son təklifləri də müzakirə edilib. Paşinyan və hakim partiyanın üzvləri arasında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, fevralın 14-ü axşam saatlarında keçirilmiş qapalı iclas təxminən bir saat davam edib, lakin onun təfərrüatları barədə məlumat verilməyib. Pepperoni pizza

Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldıqlarını bildirmişdi. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın zamanda təhvil verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!