Paşinyan: “Qarabağ danışıqlarına dair sənədləri dərc edəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Qarabağ danışıqlarına dair sənədləri dərc edəcəm“

Siyasət

08 Noyabr 2025 10:36 271


Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini deyib.

"Yeni Sabah" xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisynanın açıqlamalarına münasibət bildirən Paşinyan danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırladığını söyləyib: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”.

Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb. Pepperoni pizza

Baş nazir Qarabağla bağlı böyük səhvini də etiraf edib:

"İlk addımda biz qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, başqa heç bir variant yox idi. Əgər biz düşünürüksə ki, bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, onda mənim səhvim idi ki, bunu etməmişəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!