Paşinyan Qriqor Minasyanı işdən çıxartdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Qriqor Minasyanı işdən çıxartdı

Siyasət

25 Dekabr 2022 21:45 1029


Ermənistan baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini Qriqor Minasyanı vəzifəsindən azad edib.

Yenisabah.az xəbər verir ki, Qriqor Minasyan Ermənistan Vəkillər Palatasının üzvüdür, “AM” Hüquq Bürosunun rəhbəridir.

Q.Minasyan ilin əvvəlində bu vəzifəyə təyin edilmişdi. Nazir postu isə bu ilin oktyabr ayından, Karen Andreasyan Ali Məhkəmə Şurasına getdikdən sonra boş qalıb. pizza sifarişi

Yerli mətbuatın xəbərinə görə, Minasyan keçmiş ədliyyə naziri Karen Andreasyanın yaxın dostu olub.

Qriqor Minasyanla bağlı digər maraqlı məqam onun Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın qardaşı olmasıdır. Mikael Minasyan Paşinyan hökumətinə qarşı ən sərt tənqid və ittihamlar yazan siyasətçilərdən hesab olunur./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!