“Paşinyan Türkiyənin agentidir“   - Vazgen Manukyan

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Türkiyənin agentidir“ - Vazgen Manukyan

Rəsmi

14 Dekabr 2020 17:50 1178


Ermənistanda Baş nazir postuna namizədliyi irəli sürülən Vazgen Manukyan hazırki hökumət başçısı Nikol Paşinyanı ölkəni ikinci dəfə təslimçiliyə sürükləməkdə ittiham edib.

Yenisabah.az xəbər verir ki, Vazgen Manukyan Paşinyanın Türkiyə ilə yaxınlaşmaq barədə fikirlərini məhz növbəti kapitulyasiya aktı kimi qiymətləndirib.

Manukyana görə, hazırda “xarici qüvvələr” Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün fəaliyyət göstərirlər. Onun fikrincə, son günlər Rusiya hərbi bazasının ölkədən çıxarılması və Türkiyə ilə münasibətlərin normallaşdırılması barədə deyilənlər bundan qaynaqlanır. pizza sifarişi

“Bunların Türk agentləri olduğunu düşünmək hüququm var. Hələ də sərhədlərdə atışma olduğu bir vaxtda Türkiyə ilə diplomatik əlaqələr qurmalı olduğumuzu söyləmək tamamilə anlaşılmazdır. Bağça uşağı da bilir ki, müharibə zamanı barışıq elan edilməsi təslimçilik hesab edilir. İndi Türkiyə barədə deyilənlər ikinci təslimçilik kimi qiymətləndirilə bilər. Bu insanlar bizi ikinci kapitulyasiyaya sürükləyirlər”, - deyə Manukyan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!