Erməni mənşəli rusiyalı naşir Aram Qabrielyanov İrəvandakı mühazirəsini ləğv etdiyinə görə dinləyicilərindən üzr istəyib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
O bildirib: “Əlbəttə, bilirdim ki, Paşinyan “Batman” deyil, amma onun bu qədər alçaq və qorxaq olduğunu gözləmirdim. Əbəs yerə deyil ki, təhlükəsizlik qüvvələri ona “türk Nikol” adlandırırlar. Nikol gəlib-gedəndir, hər şey isə yaxşı olacaq. Dominos pizza
Daha bir şeyi nəzərinizə çatdırım: Ermənistan hökumətini məhkəməyə verib məni Ermənistana buraxmasına məcbur edəcəyəm. Bilmirəm, Paşinyan ulu babasının kim olduğunu bilirmi? Ulu babam Tatev kilsəsinin abbatı olub. O zibil (Paşinyan - red.) məni ata yurdumdan məhrum edə bilməz”.
Telegram kanalımız