“Paşinyan Yeni ilədək  istefaya gedəcək“   - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Yeni ilədək  istefaya gedəcək“ - Erməni politoloq

Rəsmi

11 Dekabr 2020 15:53 792


“Nikol Paşinyan bu gün Robert Köçəryanın erməni siyasətində bir amil olması üçün hər şeyi etdi və indi Ermənistanın ikinci prezidenti çoxları üçün alternativ olacaq”. 

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, bunu siyasi şərhçi Hayk Xalatyan “Faktİnfo” studiyasındakı “Mövqe” proqramına müsahibəsində söyləyib.

“Robert Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyib-istəmədiyini bilmirik. Bir şey aydındır ki, növbəti seçkilərdə Köçəryan siyasətdə indikindən daha böyük rol oynayacaq ”-deyib Xalatyan. Dördpendirli pizza

“Paşinyan oyun qaydalarını o qədər tez pozurdu ki, bu gün ona təhlükəsizlik zəmanəti verildikdə, ümumiyyətlə, başqalarının da bu razılaşmanı pozacağını düşünür. Görünür, buna görə də istefaya getmir”-deyə  şərhçi vurğulayıb. 

Buna baxmayaraq, Hayk Xalatyana görə, Ermənistanda hakimiyyət dəyişikliyi Yeni ildən əvvəl baş verəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!