Paşinyana daha bir İTTİHAM: “Matəmdən siyasi maraqları üçün istifadə etdi“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana daha bir İTTİHAM: “Matəmdən siyasi maraqları üçün istifadə etdi“

Rəsmi

20 Dekabr 2020 11:56 900


Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.

Yenisabah.az xəbər verir ki, bunu "Daşnaksütyun"un rəsmisi İşxan Saqatelyan deyib.

“Faktiki olaraq, o, “Yerablur”u (matəm yürüşünün keçirildiyi hərbi pantenonu-red) təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir", - İşxan Saqatelyan deyib. pizza mizza

O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.

"Ölkəmizin iflasını dayandırmaq, dövlət strukturlarının çürüməsinin qarşısını almaq, dövlətin təhlükəsizliyini qorumaq, artan ictimai-iqtisadi kollapsın (fəaliyyətin dayanması-red) və humanitar faciənin qarşısını almaq lazımdır", - İşxan Saqatelyan əlavə edib. Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!