Paşinyandan aprel döyüşləri ilə bağlı   SENSASİON SÖZLƏR: “Bunu Rusiya başlatdı, məqsədi…”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan aprel döyüşləri ilə bağlı SENSASİON SÖZLƏR: “Bunu Rusiya başlatdı, məqsədi…”

Siyasət

17 Dekabr 2019 19:05 5065


Ermənistanın “Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı sensasion məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, məlumatda Baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində Aprel savaşı ilə bağlı dinləmələrdə iştirakı gözlənilir.

Nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib. Dominos pizza

“Aprel savaşı Rusiyanın əli ilə baş tutub. Moskva buna Azərbaycanı KTMT-ya gətirmək üçün əl atıb. Aprel savaşının günahkarı Kremldir”, - deyə Paşinyan qeyd edib. 

Məlumatda həmçinin bildirilib ki, komissiyanın növbəti iclaslarına ifadə vermək üçün Serj Sərkisyan, Yuri Xaçaturov və Aykaz Baqmanyan da dəvət ediləcək. /axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!