“Ermənistan beynəlxalq diqqəti Qarabağda baş verənlərə yönəltmək üçün səylərini artırmaqda davam edir”.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı separatçı hərəkatının 35-ci ildönümü ilə bağlı dərc etdiyi müraciətdə deyilir.
Paşinyan təxribat xarakterli müraciətində vurğulayıb ki, eyni zamanda, Qarabağ ermənilərinin sosial-iqtisadi problemlərinin həllinə, təhlükəsizlik çağırışlarının aradan qaldırılmasına, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müdafiəsi mexanizmlərinin formalaşdırılmasına yönəlmiş ardıcıl addımlar davam etdiriləcək. Onun sözlərinə görə, bu məqsədlərin reallaşması fasiləsiz iş tələb edir. Sezar pizza
Daha sonra Baş nazir Qarabağ ermənilərinə müraciət edib.
“Əziz “Artsax vətəndaşları”, “vətən”də dinc, təhlükəsiz yaşamaq və quruculuq naminə möhkəm və sarsılmaz olun. Yeni qlobal və regional çağırışlarla üzləşərək, yolda bizi gözləyən fəsadları və problemləri anladığımız qədər, səylərimizi sülh gündəliyinin həyata keçirilməsinə yönəltməliyik. Bütövlükdə, dinc, ləyaqətli və təhlükəsiz həyat “Qarabağ hərəkatı”nın əsas məqsədi idi və biz bu məqsədə doğru irəliləməliyik”.
Telegram kanalımız